Bakıda polis əməkdaşı qətlə yetirilib.
“Yeni Gündəm”in verdiyi xəbərə görə, hadisə fevralın 24-ü axşam saatlarında Nərimanov rayonunda baş verib.
Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşı, 1989-cu il təvəllüdlü Anar Ramazanov birgə yaşadığı mənzildə 28 yaşlı qardaşı Araz tərəfindən öldürülüb. Məlumata görə, Araz qardaşını aralarında yaranmış mübahisə zəminində bıçaqlayaraq qətlə yetirib.
Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adamöldürmə maddəsi ilə cinayət işi başlanılıb. Araz Ramazanov şübhəli şəxs qismində saxlanılıb, istintaq davam etdirilir.