Bakıda daha bir qəza sıxlığa səbəb olub.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən “Yeni Gundem”-ə verilən xəbərə görə, hadisə ötən gün səhər saatlarında Nəsimi rayonu, Neftçilər prospektində baş verib. Qəza səbəbindən 8 Noyabr prospekti və Yusif Səfərov küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb.
Yol polisi əməkdaşları tərəfindən qısa müddət ərzində avtomobillərin sərbəst hərəkəti bərpa olunub.