Bakıda tonqala düşənlərin vəziyyəti açıqlandıbackend

“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 12.03.2024-cü il tarixində saat 20:22-də Nizami rayonu, İ.Məmmədov, 17 ünvanından və 20:51-də Yasamal rayonu, Şərifzadə küçəsi ünvanından tonqalda xəsarət alma ilə bağlı müraciətlər daxil olub. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib”.

Bu barədə Tibbi Əraziləri Bölmələrini İdarəetmə Birliyinin məlumatında deyilir.

Qeyd olunur ki, xəsarət alan 4 yaşlı (kişi cinsli) uşaq hər iki qolun termiki yanığı, 17 yaşlı (kişi cinsli) şəxs isə hər iki əlin termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə hospitalizasiya olunub.

Xatırladaq ki, martın 12-də – Yel çərşənbəsində – iki azyaşlının tonqala düşməsi ilə bağlı sosial şəbəkə platformalarında görüntülər yayılmışdı