Bakıda toydan çıxan rəqqasə qəzaya uğrayıb – FOTObackend

Bakının Xətai rayonu, Babək prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Jalə Hüseynova rəqqasə kimi işlədiyi yaxınlıqdakı şadlıq sarayından çıxaraq KIA markalı avtomobilinə əyləşib.

Bu zaman onun avtomobilinə eyni istiqamətdən gələn KIA markalı maşın çırpılıb.

Daha sonra həmin avtomobil yol ayrıcındakı nişana çırpılaraq dayanıb.

Qəza törədən sürücü xəsarət alıb.

Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb ediliblər./APA