Bakıda Türk Şurasına üzv ölkələrin iqtisadiyyat nazirlərinin görüşü keçiriləcəkbackend

Sentyabrın 10-da Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin iqtisadiyyat nazirlərinin 10-cu görüşü keçiriləcək.

İqtisadiyyat Nazirliyindən “Yeni Gündəm”-ə verilən məlumata görə, tədbir çərçivəsində türkdilli ölkələr arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə ediləcək, Türk Şurasının 2-ci Biznes mükafatının təqdimetmə mərasimi, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına həsr edilmiş Biznes Forum təşkil olunacaq.