Bakıda xanım sürücü maşını körpüdə əksinə sürdü – VİDEObackend

Bakıda qadın sürücünün körpünün üzərində avtomobili hərəkət istiqamətinin əksinə sürməsini əks etdirən görüntülər yayılıb.

Hadisə bu gün baş verib.

“Nissan” markalı avtomobilin qadın sürücüsü maşını Xətai rayonu ərazisində – Bakı Əyləncə Mərkəzinin qarşısından Babək prospektinə doğru salınmış körpünün üzərində əksinə sürüb. Onun bu hərəkəti ağır qəza riski yaradıb.

Axar.az