Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsində evlər kütləvi şəkildə satışa çıxarılır. Evlərin qiyməti isə olduqca ucuzdur.
Əmlak saytlarında “Zabrat-1”, “Zabrat-2” kimi tanınan massivlərdə həyət evlərinin satışı ilə bağlı elanların sayı da kəskin artıb. Əmlak ekspertləri bunu makler evləri kimi tanınan həyət evlərinin daha çox bu ərazilərdə tikilməsi ilə əlaqələndirirlər.
Ekspert Elnur Fərzəliyev bildirib ki, mövsümlə əlaqədar digər ərazilərdə də satışa çıxarılan həyət evlərinin sayı artıb. Adətən yazın gəlişi tikinti mövsümünün canlanması hesab edilir.
Qeyd edək ki, Zabrat qəsəbəsində həyət evlərinin qiyməti 22 min manatdan başlayır.