Bakının mərkəzində kişi özünü yandırdı – ŞOKbackend

Bakının mərkəzində bir kişi özünə benzin tökərək od vurub.

“Yeni Gündəm”-in xəbərinə görə, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Hadisə iyunun 1-də saat 16:00 radələrində Yasamal və Səbail rayonlarının sərhədində, Qədirli küçəsində yerləşən 3 nömrəli evin yaxınlığında baş verib.

Belə ki, 1985-ci il təvəllüdlü paytaxt sakini Hüseyn Nuriyev intihara cəhd edib.

O, 5 saylı Kliniki Xəstəxananın Yanıq Mərkəzinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.

H.Nuriyevi intihara vadar edən səbəblər barədə hələlik məlumat verilməyib. Faktla bağlı araşdırma aparılır.Oxu.az