Bakının mərkəzində ofis binasında faciəbackend

Dünən axşam saatlarında paytaxtın Səbail rayonunda yerləşən inzibati binalardan birində bədbəxt hadisə baş verib. “Qafqazinfo” xəbər verir ki, saat 19 radələrində “Azərneftkimyamaş” ASC-də işləyən Sumqayıt şəhər sakini 1991-ci il təvəllüdlü Rasif İbrahimovu elektrik cərəyanı vurub.

O, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.