Bakının mərkəzində yaşıllıqları məhv edən “Gold Star City”şirkətinin rəhbərinin kimliyi məlum olub.
“Yeni Gundem”-in xəbərinə görə, şirkətin sahibi tikinti maqnatı kimi tanınan, əslən İmişlidən olan Rövşən Ağayevdir
Məhz R.Ağayevə məxsus “Gold Star City” MMC-nin bir hektar ərazisində 8 iri gövdəli ağacın kəsilərək yaşıllığın məhv olunması faktı üzə çıxıb. Həmin ünvanda yaşayan sakinlərin sözlərinə görə, ərazi “PMD” şirkətinə məxsus olub və yaxın vaxtlarda “Gold Star City” tikinti şirkətinə satılıb.
Məlumat üçün bildirək ki, bu şirkət Bakının Yasamal, Xətai ( Xudu Məmmədov küç, 29/44- cü məhəllədə yerləşən Tvins Art Mms) və digər rayonlarında yaşıllıqları məhv etməklə ad çıxarıb.
Onu da deyək ki, şirkət rəhbərinin qardaşı Fərhad Ağayev də tikinti biznesində pay sahibidir. Yazıda adı keçən tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.Tribunainfo.az