Bakının növbəti qələbəsibackend

Qarabağa qida və digər zəruri mallar bölgənin tamhüquqlu və suveren sahibi – Azərbaycanın ərazisindən keçməklə göndəriləcək.Azərbaycan Qarabağda yaşayan etnik erməni sakinlərinin bərabərhüquqlu vətəndaşlar kimi yenidən inteqrasiyasında qərarlı olduğu üçün, Ermənistan da ölkəmizin daxili işlərinə qarışmamalı, erməni azlıqların inteqrasiyasına xələl gətirməməli, separatizmi qızışdırmayaraq öz öhdəliklərinə ciddi şəkildə riayət etməlidir.

Bunu “Yeni Gundem”-ə Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva deyib.


Azərbaycan Qarabağda yaşayan erməni vətəndaşlarımızın təhlükəsizliyini, sağlamlığını və təminatını öz üzərinə götürməyə hazırdır. Ağdam-Xankəndi yolu ilə humanitar missiyanın reallaşdırılması Qarabağ ermənilərinin cəmiyyətimizə reinteqrasiya prosesinin sürətləndirilməsinə kömək edəcək, həmçinin bölgəni hərbisizləşdirməklə dayanıqlı sülhün təmin olunmasına təkan verəcək.

Bundan sonra Beynəlxalq Qırmızı Xaç Komitəsinin yardımı Ağdam-Xankəndi yolu vasitəsilə daşınacaq.
Laçın yolunda isə Azərbaycanın gömrük-hüquqi rejimi fəaliyyət göstərir.
Bakı-Ağdam-Xankəndi-Şuşa avtomobil yolu və Bakı-Ağdam-Xankəndi dəmir yolu xətti Qarabağın inkişafında önəmli rol oynayıb. Münaqişə dövründə dəmir yolu xətti sıradan çıxsa da, hazırda avtomobil yolu ilə gediş-gəliş tamamilə mümkündür. Ona görə də, ermənilərin hər hansı bəhanəsinə yer yoxdur. Bu bölgə Azərbaycanın ərazisidir və bütün kommunikasiyalar məhz dövlətimizin vasitəsilə həyata keçirilməlidir.