Bakının ÜZQARASI: Xəzər dənizinə bundan artıq pisliyi kimsə etmir… – NAZİRİN NƏZƏRİNƏ…backend

“Zığ gölündən Hövsana gedən yolda Xəzər dənizinə o qədər çirkab suyu axıdılır ki, Xəzərin sahilində tullantı və çirkab adacıqları əmələ gəlib”. Dia-az.İnfo xəbər verir ki, oxuculardan birinin açıqladığı bu fakt əslində Azərbaycan üçün olduqca BİABIRÇI MƏQAMDIR…

“Bu çirkablığın qoxusu isə bütün Hövsan, Günəşli, Suraxanı və Zığı bürüyərək hər gün on minlərlə insanı narahat edir.

Hər halda, Bakıda Xəzərə edilən 2-ci belə qətl yoxdur… Nəinki Bakıda… Xəzərin çevrəsində olan bütün ölkələr daxil… ikinci belə bir eybəcərlik – XƏZƏR DÜŞMƏNÇİLİYİ faktı yoxdur”.

Ümid edirik ki, hörmətlki Ekologiya və Təbii Sərvətlər nazirimiz Muxtar Babayev bu faktı nəzərə alar. Doğrduru, problemi yaradan ETSN deyil… amma ETSN müdaxilə etmək iqtidarında və zəlahiyyətindədir. Ən əsası isə bu, ETSN-nin VƏZİFƏ BORCUDUR…