Bakıya uçan təyyarədə HƏYƏCANLI ANLAR – 22 sərnişin uçmaqdan İMTİNA ETDİbackend

Krasnoyarsk–Bakı marşrutu üzrə uçuş həyata keçirən “IrAero” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin  kondisioner sistemində texniki nasazlıq yaranıb.

Hadisə təyyarə havaya qalxmağa hazırlaşarkən baş verib və sərnişinlər arasında ciddi təşvişə səbəb olub.

Məlumata görə, kondisioner sistemində texniki nasazlıq aşkar edildikdən sonra ekipaj üzvləri problemi aradan qaldırmaq üçün təmir işləri aparıblar. Lakin təyyarə yenidən işə salındıqda mühərrik gözlənilmədən dayanıb. Bu, sərnişinlər arasında narahatlıq yaradıb.

Hadisədən sonra bəzi sərnişinlər uçuşu davam etdirməkdən imtina ediblər. Ümumilikdə 22 nəfər öz biletini qaytararaq səfərdən imtina edib. Təyyarə ekipajı və hava limanı texniki xidməti problemi aradan qaldırdıqdan sonra təyyarə yenidən işə salınıb və Bakı istiqamətində havaya qalxıb./Musavat.com