Bakıya yeni xüsusi texnika gətirilib – Fotobackend

Ölkə başçısı İlham Əliyevin şəhər təsərrüfatı və kommunal xidmətlərin işinin daha da təkmilləşdirilməsi, bu istiqamətdə həyata keçirilən işlərin yeni səviyyəyə çatdırılması istiqamətində Bakı Şəhər İcra Hakimiyyəti qarşısında qoyduğu tapşırıqlarin icrası həyata keçirilir. 

“Yeni Gundem” xəbər verir ki, bu işlər çərçivəsində paytaxt sakinlərinə göstərilən xidmətlərin səviyyəsinin daha da artırılması məqsədi ilə Prezidentin ayırdığı maliyyə vəsaiti hesabına Bakı şəhər kommunat təsərrüfatı xidmətləri üçün müasir tələblərə tam cavab verən kommunal təyinatlı yeni avtonəqliyyat vasitələri və mexanizmlərin alınması nəzərdə tutulub. Yeni il ərəfəsində Almaniya istehsalı olan xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin ilk 5 ədədi Bakıya gətirılib.

Yeni texnikaların tətbiqi əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsini yüksəldəcək, əl əməyindən istifadəni azaldacaq, kommunal xidmətlərin mövcud avtopatkının yeniləşməsinə səbəb olacaq. Texnika sayının artırılması şəhərin müxtəlif rayonlarında məişət tullantılarının vaxtında daşınması və şəhərin ekoloji durumunun yaxşılaşdırılmasına müsbət təsir göstərəcək.

Bakı Şəhər Mənzil Kommunal Təsəttüfatı Departamentinin Monitorinq Mərkəzində təşkil olunmuş təqdimat mərasimində yeni gətirilmiş xüsusi təyinatlı avtonəqliyyat vasitələri və mexanizmlər, onların texniki göstəriciləri barədə ətraflı məlumat verilib, bildirilib ki, müxtəlif həcmli və təyinatlı bu texnikalar həm də Bakı şəhərində Böyük Britaniyanın tanınmış Mott MacDonald şirkətinin iştirakı ilə həyata keçirilən bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsinin paytaxtın digər tayonlarında da tətbiq edilməsi işlərində böyük kömək olacaq.