“Baku EduEXPO-2024“ –ün rəsmi açılış mərasimi baştutdu.
“Yeni Gundem” xəbər verir ki, Təhsilin İnkişafı Fondu (TİF) və Kiçik və Orta Biznesinİnkişafı Agentliyinin (KOBİA) rəsmi tərəfdaşlığı, Kiçik vəOrta Biznes Subyektləri və Klublarının Assosiasiyası(KOBSKA) və Baku Design Academy-nin birgətəşkilatçılığı ilə ““Yaşıl dünya naminə öyrənək“ şüarı ilə“Baku EduEXPO” 2024 Beynəlxalq Təhsil sərgi-satış yarmarkasının açılış mərasimi baş tutdu.
İlk dəfə 2022-ci ildə Kiçik və Orta Biznes Subyektləri vəKlublarının Assosiasiyasının (KOBSKA) təşkilatçılığı“Gələcəyini inşa et“ şüarı ilə təşkil edilən ölkənin ən böyüktəhsil layihələrindən birinin əsas məqsədi təhsil sahəsindəfəaliyyət göstərən KOB subyektlərinin və mikro sahibkarların tanıdılması, B2B və B2G əlaqələrinin genişləndirilməsi, satış imkanlarının artırılması vəbizneslərinin inkişafına dəstək olmaqdır.
Rəsmi açılış mərasimi KOBSKA-nın idarə heyətinin sədriNigar Ələsgərovanın açılış nitqi ilə start götürdü. Daha sonra Azərbaycan Respublikası Elm və Təhsil NazirliyininAparat rəhbəri Mətin Kərimli, Təhsilin İnkişafı Fondununİdarə Heyətinin sədri Elnur Nəsibov, Bakı DövlətUniversitetinin rektoru Elçin Babayev, Azərbaycan TexnikiUniversitetinin rektoru Vilayət Vəliyev, Dördüncü Sənayeİnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçıdirektoru Fariz Cəfərov və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədrinin müaviniHikmət Məmmədov çıxış etdi. Natiqlər özəl və dövlətqurumlarının, o cümlədən vətəndaş cəmiyyətininəməkdaşlığı ilə keçirilən layihələrin əhəmiyyətindən və cari layihənin müsbət təsirləri haqqında dəyərli fikirlərsəsləndirdilər. Açılış mərasimində ali təhsil müəssisələrinin(Bakı Ali Neft Məktəbi, Azərbaycan Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Neft vəSənaye Universiteti) rektorları, müxtəlif dövlət qurumlarının rəsmiləri, media nümayəndələri iştirak etdi. Ümumilikdəsərginin ilk günündə 5000 çox ziyarətçi iştirak etdi.
Sərgidə xarici dil kursları və imtahan mərkəzləri, psixolojixidmət göstərən mərkəzlər, universitetlər, yerli və beynəlxalqözəl məktəblərin təmsilçiləri, xaricdə təhsil xidmətlərigöstərən qurumlar, uşaq inkişaf mərkəzləri və bağçaları, təlim-tədris mərkəzləri və s. kimi təhsil sektoruna aidşirkətlər təmsil olundu.
Sərgi-satış yarmarkası 25 may tarixində də davam edəcək. Tədbirdə müxtəlif ekspertlərin çıxışları və konsert proqramınəzərdə tutulub.
Qeyd edək ki, tədbirin dəstəkçi şirkəti Nescafe-dir.
Məlumat üçün bildirək ki, “Baku EduExpo“ silsiləxarakteri daşıyır və iki ildən bir keçiriləcək.