“Onun dedikləri mənə aid deyil. Burada Elnarə Abdullayeva, Mətanət İsgəndərli, Nigar Şabanova kimi müğənnilər var. Eyni zalda çıxış edirik. Bizim çıxış etdiyimiz ən kiçik restoran 200 nəfərlikdi. O, balaca kafelərdə heç kim məni görə bilməz. Getdiyim kiçik konsertdən 4 min dollar alıram. Burada hamı eyni deyil, bununla razıyam. Burada 50-60 min rubla oxuyub, özünü çölə qoyanlar var. Onları mən də bilirəm.
Amma Rəqsanə İsmayılovanın dedikləri bizə deyiləcək söz deyil”. Bu sözləri Axşam.az-a açıqlamasında müğənni Şəbnəm Tovuzlu deyib. İfaçı həmkarı Rəqsanə İsmayılovanın Rusiya toylarına gedən sənət adamları haqda dediyi fikirlərə reaksiya verib:
“Burada çox qohumum var. Əmim evindı qalıram. Balaca qaynım dünyanın harasına gedirəmsə yanımdadır. Məni özbaşına tək buraxan kimdir? Burada hamı bilir ki, yanımdakı kimdir. Mənə nəsə demək kiminsə başı üçün olmaz. Əvvəl Bakıdan bura 6 min dollara gəlirdim. İndi burada olduğum üçün 4 min dollara gedirəm. Yarım saat üçün isə 2 min dollar alıram. Buranı bazar ediblər. Bakının əxlaqsızları tökülüb bura. Bütün günü kişi məclislərində, onun-bunun qucağında oyun çıxarırlar. Əvvəldən kişi məclisinə getməmişəm. Ailə varsa, gedirəm. Solo konsertlərə isə pulumu alıb çıxmışam”.
Şəbnəm Rəqsanənin dediklərini haqlı hesab edib:
“Moskvanın yolunu bilməyənlər gəlib bura yüz hoqqa çıxarır. Efirdə “ərim var” deyənlər, burada sevgili tapıb elə həyat yaşayırlar. Bakıda lazımsız olanlar, gəlib burada nələr edir. Bunları mən də görürəm. Ayıbdır, olmaz”.
Qeyde dək ki, R.İsmayılova Rusiyaya toylara gedən müğənnilərin orada pul üçün artıq hərəkətlər etdiklərini açıqlamışdı.