Balaəli: Hansı universitetə getsəm, dekan işləyərəmbackend

Meyxanaçı Balaəli dekan ola biləcəyini deyib.

“Yeni Gundem” baku.ws-ə istinadla xəbər verir ki, o, “Xəbər-ətər” proqramında orta məktəbi bitirsə də, ali təhsil ala bilmədiyini bildirib.

Balaəli oxumaq üçün ailəsinin maddi imkanı olmadığını vurğulayıb.

Veriliş zamanı meyxanaçının “Təhsilsizəm, amma hansı universitetə getsəm, dekan işləyərəm” sözləri hər kəsdə təəccüb və gülüş doğurub.