Bildiyiniz kimi Dövlət Yol Polisi ölkə ərazisində mütəmadi reydlər keçirir və qayda pozuntularına yol verən sürücülər cərimələnir, yol-hərəkəti qaydalarını pozanlar müvafiq cəzalanır.Narkomaniya ilə mübarizə bu gün ölkənin bütün regionlarında qəbul edilmiş dövlət proqramı əsasında həyata keçirilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onun prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” Prezident İlham Əliyevin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuşdur.Qeyd edək ki, Balakən rayon dövlət yol polisində, narkomaniya ilə bağlı heçbir addım atılımır.
Balakəndə rayon Dövlət yol polisində isə, qanun fərqli işləyir.
Görəsən Balakən DYP-də baş verən çoxsaylı kobud qanun pozuntularına niyə göz yumulur?
Lakin Balakəndə bu qanunlar nəyinsə müqabilində elə də önəmli olmur.Belə ki,məsələn məlumata görə çoxsaylı sürücülərin ümumiyyətlə sürücülük vəsiqəsi yoxdur və hətta bəziləri başqasının adına olan maşınları etibarnaməsiz belə rahatca sürürlər və buna görə onlara “gözün üstə qaşın yoxdur deyən” yoxdur.
Balakən dövlət yol polisinin rəisi İlkin Hümbətov rayon sakinlərinə şərait yaradıb.Sakinlərə aylıq haqq qoyan rəis, sürücülük vəsiqəsi olmayanlara rahat şəkildə avtomobil idarə etməyə imkan yaradıb.
Balakən DYP-də sürücülərə aylıq nə qədər haqq qolub?
Balakən DYP hansı qanunlarla işləyir?
Araşdırmalarımız davam edir, bu və ya digər qanun pozuntuları ilə bağlı yaxında məlumat verəciyin.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Yenigundem.az