“Bandotdel” əməliyyat keçirdi, baş redaktor saxlanıldı – FOTObackend

Azərbaycanda daha bir jurnalist həbs edilib.

Dunyaninsesi.az saytının baş redaktoru Ərşad İbrahimov həbs edilib. Pravda.az xəbər verir ki, bu barədə Gununsesi.info-ya jurnalistin qardaşı Tariyel İbrahimov bildirib.

Onun sözlərinə görə, qardaşı dünən Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Gəncə şəhərində saxlanılaraq Bakıya gətirilib.

“Bu gün bəlli olub ki, ona cinayət işi açılıb. Hələlik səbəbini bilmirik”, – deyə qardaşı bildirib.