“Bank BTB”-nin 2024-cü ilin birinci rübündə məcmu kapitalının həcmi 52 milyon 076 min manat təşkil edib.
Valyuta.az bu barədə banka istinadən xəbər verir ki, bu, 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə 3 milyon 535 min manat yaxud da 6,3 % azdır.
“Bank BTB”-nin 2023-cü ilin birinci rübündə məcmu kapitalın həcmi 55 milyon 611 min manat olub.
Beləliklə, 2024-cü ilin birinci rübündə bankın məcmu kapitalın həcmi 52 milyon 076 min manat təşkil edib. Bu deməkdir ki, bankının lisenziyasının ləğv olunmasına 2 milyon 076 min manat qalıb.
Xatırladaq ki, banklar haqqında qanuna görə Azərbaycanda fəaliyyət göstərən bankların məcmu kapitalı 50 mln. manatdan az olmamalıdır.