Bank kartından 10 manat oğurlayan şəxs saxlanıldıbackend

Bakıda bank kartından oğurluq edən şəxs saxlanıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfər şəxsin bank kartından 10 manatını oğurlamaqda şübhəli bilinən Ələsgər Əliyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.