“Bank of Baku”da xidmət bərbaddır – Şikayətçibackend

“Bank of Baku” qədər müştərisinə hörmət etməyən ikinci bank yoxdur.

“Yeni Gundem” xəbər verir ki, bu barədə bankın müştərisi Məlahət Əliyeva yazıb. O bildirib ki, bir əməliyyat üçün bankda saatlarla növbə gözləməli olur:

“Atatürk prospektində yerləşən baş ofisa yaxınlaşmışıq. Əməliyyat şöbəsində o qədər bekar masa olmasına baxmayaraq, müştərilər gözləmə zalında oturub. Yalnız iki pəncərə çalışır. Yaxınlaşıb, deyirəm ki, biz nahara düşəcəyik, yəni bu nahar vaxtında növbətçi əməliyyatçı varsa gözləyək, ya yox. Müdir dedi, bəli və işçiyə( əməliyyatçıya) tapşırıq verdi ki, qəbul et. Müdir gedəndən sonra əməliyyatçı bizi 30 dəqiqə də gözlədərək, bizə deyir ki, saat 14:00dan sonra ancaq qəbul edirəm. Düşündük ki, yalnız bu “baş filial” bu vəziyyətdədir. Amma yox. Musabəyov heykəlinin yanında yerləşən filialı bundan betər vəziyyətdədir! Deməli, o boyda filialda, yalnız bir əməliyyatçı işləyir və gözləmə zalında müştəri əlindən əyləşməyə yer belə yoxdur!

Azərbaycan Respublikasının Mərkəzi Bankı, banklarınız hokka verir, nə ilə məşğulsunuz?!”.Tribunainfo.az