“Bank of Baku” gün ərzində ən çox şikayət edilən banka çevrilib. Bank müştəriləri həm bankın xidmətlərindən, həm müştəri ilə münasibətindən şikayətçidir.
Tribunainfo.az yazır ki, bankın müştərisi Emin Nəsibov “Bank of Baku” filiallarında növbə gözləməkdən boğaza yığıldığını bildirib:
““Bank of Baku”, inanın, insanların əsəbləri ilə oynayırsınız. Çox səhlənkar, məsuliyyətsiz banksınız. Düz 40 dəqiqədir gözləyirəm, xaricdən pul göndəriblər, pul götürməliyəm.Bu qədərmi məsuliyyətsizlik olar”.