“Barselona” gələn mövsüm baş məşqçisini dəyişməyi planlaşdırır.
“Yeni Gündəm” “Sport.es”ə istinadən xəbər verir ki, Ronald Kumanın əvəzləyicisi kimi əsas namizəd “Liverpul”un baş məşqçisi Yurgen Kloppdur.
“Barselona”da bunun keçid mövsümü olduğu düşünülür. Rəhbərlik Ronald Kumana hələlik etimad göstərsə də, onun Kataloniya klubundakı işi uzun görünmür. Mənbə qeyd edib ki, Kumanın 2022-ci ilin yayında bitən müqaviləsi çətin ki, uzadılsın.
“Barselona” üçün sabiq futbolçusu Xavi Ernandesin işinin həmişə əhəmiyyətli olacağı, lakin Yurgen Kloppun əsas namizəd olduğu bildirilib.
Klubun Kloppa təklif göndərmək üçün mövsümün sonunu gözlədiyi də qeyd olunub.
Hazırda komanda La Liqada 9 turdan sonra 15 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.