Baş katib: “NATO-nun Rusiya ilə sərhədi iki dəfədən çox böyüyəcək”backend

Finlandiya Şimali Atlantika Alyansına qoşulduqda NATO-nun Rusiya ilə sərhədinin uzunluğu iki dəfədən çox böyüyəcək.

Bunu NATO-nun Baş katibi Yens Stoltenberq Finlandiya və İsveç müdafiə nazirləri ilə birgə brifinqdə bildirib.

“Putin Ukraynaya Avropada daha az NATO görmək məqsədilə daxil olub. Bunun tam əksi olur. Avropada daha çox NATO olacaq. Bunu həm Finlandiyanın, həm də İsveçin tamhüquqlu üzv olmaq üçün müraciət etməsi və dəvət alması sübut edir. Finlandiya qoşulduqda isə NATO-nun Rusiya ilə sərhədi iki dəfədən çox – 1 300 kilometr artacaq”, – Stoltenberq bildirib.

Report