Baş nazir Əli Əsədov İran İslam Respublikasına səfər edib – YENİLƏNDİbackend

Baş nazir Əli Əsədov İran İslam Respublikasına səfər edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, Baş nazir və onun rəhbərlik etdiyi nümayəndə heyəti Tehrandadır.

Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar Tehranda keçirilən rəsmi anım mərasiminə qatılacaq.

***

09:49

Baş nazir Əli Əsədov İran İslam Respublikasına səfər edəcək.

Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 22-də Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar Tehran şəhərində keçirilən rəsmi anım mərasimində iştirak edəcək.

Nümayəndə heyətinə xarici işlər naziri Ceyhun Bayramov, Milli Məclisin Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri və digər rəsmi şəxslər daxildir.