Cinayət prosessual qanunvericiliyində müəyyən dəyişikliklərin edilməsi zərurəti yaranıb.
Bunu Baş prokuror Kamran Əliyev bu gün keçirilən “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda konfransda deyib.
Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı çoxşaxəli inkişafını davam etdirir: “Bu eyni zamanda bizim təmsil etdiyimiz sahə hüquq mühafizə orqanları, məhkəmə orqanlarının fəaliyyəti ilə də bağlıdır. Bu sahədə şəffaflığın artırılması, çevikliyin təmin edilməsi, peşəkarlığın artırılması vətəndaşları narahat edən bütün məsələlərin təhlil edilməsi, araşdırılması və onlara qarşı qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı işlər aparılır. Burada təbii ki, rəqəmsallaşma da ön plana çıxır.
Rəqəmsallaşma cəmiyyətin bütün sahələrində gedir. Lakin cinayət proseslərində bu xüsusi sahədir və çox həssaslıq və dəqiqliklə bu prosesi həyata keçirməliyik. Cinayət prosessual qanunvericilikdə müəyyən dəyişikliklərin edilməsi zərurəti yaranıb”.
APA