Fevralın 5-də Baş prokuror Kamran Əliyev Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının Müşahidə Missiyasının rəhbəri, Qazaxıstan Senatının sədr müavini Jakip Asanovun rəhbərlik etdiyi, tərkibinə MDB PA Şurasının Baş katibi Dmitri Kobitskinin və digər rəsmi şəxslərin daxil oluqları nümayəndə heyəti ilə görüşüb.
Baş Prokurorluqdan “Yeni Gundem”-ə verilən məlumata görə, qonaqları salamlayan Baş prokuror Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə son 20 il ərzində aparılan genişmiqyaslı islahatların ölkəmizin bugünkü dinamik inkişafının nəticəsi olduğunu bildirib.
7 fevral tarixində keçiriləcək növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkilərinin tarixdə ilk dəfə ölkəmizin bütün suveren ərazisində keçiriləcəyini və xalqımız üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayan Baş prokuror, seçkilərin azad və demokratik şəraitdə keçirilməsi, seçicilərin azad şəkildə öz iradələrini ifadə etməsi məqsədi ilə görülən işlər, seçki qanunvericiliyinə riayət olunması ilə əlaqədar prokurorluq orqanlarının qarşısında duran vəzifələr barədə danışıb.
Jakip Asanov, Dmitri Kobistki və digər görüş iştirakçıları Müşahidə Missiyasının ölkəmizdə olduğu müddətdə keçirdiyi görüşlərin əhəmiyyətindən söz açaraq, seçkilərin yüksək səviyyədə keçirilməsi üçün hər cür şəraitin yaradıldığını, seçki qanunvericiliyinin beynəlxalq standartlara uyğun olduğunu və seçkiqabağı hazırlıq prosesinin müsbət qiymətləndirdiklərini qeyd edərək bu işdə Mərkəzi Seçki Komissiyası ilə yanaşı prokurorluq orqanlarının əməyini yüksək qiymətləndiriblər.
Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.