“Belə bir hadisənin baş verməsi təəssüf hissi doğurur. Bütün şəhidlərimizə Allah rəhmət eləsin”.
“Yeni Gündəm”-in xəbərinə görə, bunu Baş prokurorun böyük köməkçisi, ədliyyə müşaviri Mahir Abbasov deyib.
“Dövlət Sərhəd Xidmətinə məxsus hərbi helikopterin qəzaya uğramasından dərhal sonra istintaq qrupu hadisə yerinə gedib. Mürəkkəb bir hadisə olduğuna görə müxtəlif ekspertiziyası tətbiq edilib. Hadisənin baş vermə səbəbləri ilə bağlı əlavə məlumat veriləcək”, – o bildirib.