Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini general-leytenant Vadim Şamarin saxlanılıb.
Silahlı Qüvvələrin Rabitə Baş İdarəsinin rəisi vəzifəsini də daşıyan generalın evində dələduzluq iddiası ilə bağlı cinayət işi üzrə axtarış aparılıb.
Nəticələrə əsasən, Vadim Şamarin dindirilmək üçün Rusiya Federasiyası İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinə aparılıb./APA