“Baş verən hadisə məni çox üzdü”-Həmkarı Fazil Mustafadan danışdıbackend

Həmkarlarım Fazil Mustafaya qarşı törədilən bu cinayəti qınayıb və pisləyirəm. Baş verən hadisə məni çox üzdü.

Bu sözləri “Yeni Gundem”-ə açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

O bildirib ki, dövlətimiz cinayəti törədən şəxs və şəxslər barəsində lazimi tədbirlər görəcəkdir.

“Cinayətin təşkilatçıları gec-tez öz cəzalarını alacaqlar. İstənilən halda bu cür hadisələrin baş verməsi yaxşı hal deyil.Cəmiyyət olarıq çalışmalıyıq ki, bizi istəməyənlərə qarşı ictimai qınağı artırıb, birlik nümayiş etdirək. Fazil müəllimə Allahdan şəfa diləyirəm.Tezliklə sağalıb fəaliyyətini davam etdirməyi arzulayıram. İnşallah cinayətkarlar cəzalarını alacaqlar. Ölkəmizdə belə halların baş verməməsinə ümid edirəm”,- deyə deputat qeyd edib.

Qeyd edək ki, dünən Bakıdakı evin qarşısında Millət vəkili Fazil Mustafa güllələnib.

Fərahim Rəhimov