Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
“Yeni Gundem” xəbər verir ki, telefon danışığı zamanı Mevlüt Çavuşoğlu aprelin 11-də Ermənistanın təxribatları nəticəsində Azərbaycan hərbçilərinin həlak olması ilə bağlı başsağlığı verib. Çavuşoğlu Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb.
Telefon danışığı zamanı tərəflər Azərbaycan və Türkiyə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini, eləcə də mövcud regional vəziyyəti müzakirə ediblər.