“Bayraq mənliyimdir, bayraq kimliyim.  Bayraq öz yurduma, öz hakimliyim”backend

Ən müqəddəs dövlət dövlət rəmzlərindən biri olan bayraq hər bir millətin varlığının, mövcudluğunun sübutu, öz dövlətinə müstəqil olaraq sahib çıxmağının əsas göstəricisidir. Azərbaycanda Bayraq Gününün qeyd olunması AXC tarixi ilə bağlıdır. Üçrəngli Dövlət Bayrağımız ilk dəfə Bakıda 1918-ci ilin noyabr ayının 9-da Hökumətin iclasında qəbul edilib.

Dövlət Bayrağındakı üç rəngin ifadə etdiyi “Türkçülük, müasirlik və islamçılıq” düsturunun müəllifi isə Azərbaycanın görkəmli mütəfəkkiri Əli Bəy Hüseynzadədir.

Hər birimizə məlumdur ki, aradan 72 il keçməsinə baxmayaraq üçrəngli bayrağımız 1990-cı il noyabrın 17-də Naxçıvan MR-sı Ali məclisinin sədri Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan MR-nın Dövlət Bayrağı olaraq təsdiq edilmişdir. Daha sonra 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə o yenidən Dövlət Bayrağı elan edilmişdir.

Bu işin rəsmiləşdirilməsi isə 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı ilə bərpa edilmişdir.

Hər birimizə məlumdur ki, Dövlət bayrağımız hər bir vətəndaşımızın milli həmrəyliyinin vahid bir məqsəd üçün sıx birləşməsinin başlıca amillərindən biridir. Azərbaycan Konstitusiyasının 75-ci maddəsinə əsasən hər bir vətəndaş öz dövlətinin bayrağına, gerbinə və himninə hörmət etməlidir.

Ulu Öndərimiz Heydər Əliyevin də dediyi kimi ” Biz öz himnimizi, bayramınızı, gerbimizi özümüz qədər sevməliyik. Çünki bu bizim vətənimizə millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir.

Kim Azərbaycanı sevirsə, kim onun müstəqil və azad olmasını istəyirsə, kim işğal olunmuş torpaqlarımızı azad olmasını istəyirsə bu Bayrağın altında birləşməlidir. Gərək hər bir evdə Azərbaycan Dövlətinin Bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq tək rəsmi yerlərdə, idarələrdə, küçələrdə, saraylarda, məktəblərdə yox eləcədə hər bir ailənin həyatının əziz bir hissəsi olmalıdır “. Bu dəyərli fikirləri Heydər Əliyev siyasi məktəbinin varisi onun silahdaşı və davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları da dəyərləndirir, mötəbər kürsülərdən qeyd edir.

Bayraq günü ilə bağlı tədbirlərin birində öz çıxışında ölkə rəhbərimiz bunu qeyd etdi ki, ” Bayrağımız eşidən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Dövlət Bayrağı milli suverenliyinin sinvoluna çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli- mənəvi dəyərlərə, ideyalara sadiqliyimizi nümayiş etdirir “. Bu gün 30 ildən sonra azad olunmuş torpaqlarımızda Azərbaycan Respublikasının Üçrəngli Bayrağı dalğalanır. Şuşada, Laçında, Xankəndinə və s-ə dalğalanan bayraqlara fəxarət hissi ilə baxırıq.

Qarabağda dalğalanan Üçrəngli Bayrağın mübarək Azərbaycan !

Eşq olsun Rəhbər, Xalq, Ordu Birliyimizə !

Qarabağ Azərbaycandır !

Hacıyeva Gülnarə Həsənqulu qızı

Nəsimi rayon İctimai Şuranın üzvü