backend

Çoxdan gözlənilən və moda dünyasının diqqət mərkəzində olan “Beauty Star” layihəsinin qala gecəsi baş tutub.

“Yenigundem” xəbər verir ki,Tədbirdə ilin trend saç düzümləri, make up-u, fashion geyimləri , nail art ustası, bir sözlə, gözəlliklə bağlı ilin trendi bəlli oldu. Yarışmaya paytaxt Bakıdan əlavə, regionlardan qoşulan iştirakçılar da olub . Bir-birindən maraqlı hadisələrlə və sürprizlərlə yadda qalan gecədə tanınmış mügənnilər, stilistlər, vizajistlər, aktyorlar, bloggerlər iştirak ediblər.
Münsiflər heyyətində Xalq artisti Məleyke Əsədova, Əməkdar artist Rəşad İlyasov, Nigar İbrahimova , Elnarə Rzayeva, Samiraldo, Güllər Paşayeva və başqa tanınmış simalar yer alıb.
Make up kateqoriyası üzrə 1-ci yeri Şahnaz Məmmədova, Hair Stilist kateqoriyası üzrə 1-ci yeri Arzu Nəcəfova tutub.
Gecədə eyni zamanda uzun zaman sosial şəbəkələrdə aparılan səs verməyə əsasən, “Beauty Star Caucasus 2018” titulu tanınmış model Sevinc Quliyevaya təqdim olunub. “Beauty Star Azerbaijan 2018” titulunu isə gənc model Jalə Pirməmmədova qazanıb. İştirakçılar qalibiyyətlərini sevinc göz yaşları ilə qeyd ediblər. Layihə sosial şəbəkələrdə məhşurlar tərəfindən paylaşılıb və müsbət rəylər qazanıb.

Qeyd edək ki, yarışmanın rəhbərləri Ayaz Məmmədov və Tural Ələkbərovdur. Mətbuat katibi isə Tural Hüseyndir.

Qala gecədən olan şəkilləri təqdim edirik: