Bəhruz Məhərrəmovdan Yenigundem.az saytına 6 yaş TƏBRİKİbackend

Bu gün Azərbaycan informasiya məkanında özünü təsdiq edən və ciddi xəbər portalı imicini yaradan Yenigundem.az saytının 6 yaşı tamam olur.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Yenigundem.az xəbər saytını 6 yaşı münasibətilə təbrik edib.

“Yeni Gündəm” saytının fəaliyyətə başlamasının 6-cı ildönümü münasibətilə saytın rəhbərliyi və bütün heyəti təbrik edir, fəaliyyətlərində uğurlar arzulayıram. Bu gün Azərbaycanda media sahəsində fəaliyyətin azadlığına, hər kəsin qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilir. Media sahəsində fəaliyyətin yaradıcılıq və redaksiya müstəqilliyi əsasında həyata keçirilməsinə heç bir maneə yoxdur. Eyni zamanda jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə etmək yolverilməzdir və qanunvericiliklə məsuliyyət nəzərdə tutulub. Yəni qanunvericilik sahəsində medianın müstəqil fəaliyyətinin tam hüquqi bazisi mövcuddur. Eyni zamanda Prezident İlham Əliyev medianın ən böyük dostu kimi Azərbaycanda jurnalistlərin azad, sərbəst şəkildə işi üçün həmişə siyasi iradə ifadə edib. İnanıram ki,“Yeni Gündəm” bu münbit şəraitdə milli mətbuat ənənələrinə, qlobal çağırışlar şəraitində dövlətçilik prinsiplərinə sadiq qalaraq özünün şərəfli, qərəzsiz, tərəfsiz fəaliyyətini davam etdirəcək”,- deyə o qeyd edib.