Bildiyimiz kimi 29 yanvar tarixində olkəmizdə növbəti bələdiyyə seçkiləri günüdür. Bu seçkilərdə iştirak etmək gənc namizədlər üçün sözün əsl mənasında sevindiricidir. Amma bəzi namizədlər var ki , onlar üçün bir az çətin olacaq. Bu məqaləmizdə də həmin namizədlər haqqında bəhs edəcəyik.
Özünü müxtəlif saytlarda təriflədən Səbail rayonu Badamdar qəsəbə Bələdiyyəsinin sədri Təzəxan Məmmədov bu il keçiriləcək bələdiyyə seçkilərində bir az narahatdır. Narahatlığına səbəb rayonda özünə namizədlər arasında bir neçə nəfərin olmasıdır. Narahatlığını özünün yaxın çevrəsinə bildirən bələdiyyə sədrinin işi sözün əsl mənasında çətinə düşüb. Bu günə qədər adı müxtəlif qalmaqallarda hallanan qocaman bələdiyyəçi Səbail rayonunda uzun illərdir makler kimi tanınıb. Onu əvvəldən tanıyanlar yaxşı bilir ki, Təzəxan Məmmədov rayonda sözün əsl mənasında vaxtilə əməlli – başlı topraq satışıyla məşğul olub.Hələ bu azmış kimi satdığı torpaqların ev və obyekt tikilməsində də yaxından iştirak edib.
Təzəxan Məmmədov haqqında internet resurslarında araşdırma aparanda diqqətimizdən yayınmayan bir çox faktlar var. Bunlardan bir neçəsini oxucuların təkrar diqqətinə yetirmək istəyirik :
Yazılanlara əsaslanıb qeyd edə bilərik ki, Təzəxan Məmmədovun Səbail rayonunda əsas güvəndiyi şəxs Səbail rayon icra başçısının birinci müavini Vüqar Şıxməmmədovdur. Bələdiyyə sədrinin əsas himayədarı kimi tanınan Şıxməmmədov üç ildir bu vəzifəyə təyin olunub və bu gün rayonun “qara kassası” kimi tanınır. Öz yaxınlarını Badamdar bələdiyyəsində və DOST xidmətinin sahələrində işə düzəldən müavin sədrlə birgə bələdiyyə büdcəsini tam ələ keçirib. Badamdarda şəhid baralyevlərinin mərmər adı ilə sənədləşdirilib, adi daşdan düzəldilməsi də bu prosesin tərkibidir. Məhz bu maxinasiyaların nəticəsidir ki, yeni il bayramında bələdiyyə işçilərinin maaşı verilməyib.
Bələdiyyə sədrinin torpaq alverinin öhdəsindən uğurla gəlməsinin nəticəsidir ki, Səbail rayon icra başçısı Vüqar Zeynalov 2023-cü ilin avqustunda Təzəxan Məmmədovu Fəxri Fərmanla təltif etmişdir.Fərmanda Təzəxan Məmmədovun “rayonun ictimai-siyasi həyatında fəal iştirak etdiyinə görə” təltif olunduğu bildirilir ki, bu da yanlış deyil. Çünki bələdiyyə sədri həqiqətən də rayonun ictimai həyatında aktiv iştirak edir ki, bu da özünü hər ay satılan və vəsaiti mənimsənilən hektarlarla torpağın timsalında aydın şəkildə göstərir.
Səbail rayonu, Badamdar qəsəbə sakinlərindən sorğu edib Təzəxan Məmmədov haqqında deyilənlərin təsdiqini tapmaq üçün sorğu apardıq. Tam səmimi şəkildə qeyd edək ki, Badamdar qəsəbəsində hər üç nəfərdən biri Təzəxan Məmmədovun adı heç də rayonun həyatında fəal iştirak etməsi ilə deyil, tam əksinə onun adı əsasən alqı – satqı və digər işlərdə halllanır.
Bu günlərdə əldə etdiyimiz digər bir məlumatı da məqalənin sonunda qeyd etməyi özümüzə borc bildik. Redaksiyamıza məlumat verən mənbə bildirib ki, uzun illərdir Badamdar bələdiyyəsinin zəbt edən Təzəxan Məmmədov kreslosunu əlindən vermək istəmir. Amma çamadanını da yığıb. Necə deyərlər tutar qatıq, tutmaz ayran.
Təzəxən Məmmədov əlində olan imkanlardan və qohumluq əlaqələrindən istifadə edib 29 yanvarda keçiriləcək bələdiyyə seçkilərində qızı Vahidova Nəzrin Təzəxan qızının da namizədliyini irəli sürüb. Səbail rayon icra hakimiyyətində çalışan Qalıb Vahidovla qohum olan Təzəxan Məmmədov görünür Səbail rayon icra hakimiyyətinin birinci müavini Vüqar Şixməmmədovdan sonra Qabil Vahidovla da qohumluq əlaqələrindən istifadə edib var gücüylə namizədlik verən qızının qələbə çalması üçün çalışır.
Bundan başqa Səbail bələdiyyəsini ailə məclisinə çevirən Hacı Əliyev və Təzəxan Məmmədov haqqında onu da qeyd edə bilərik ki, hər ikisinin yaxınları Vahidə Cəfərova və Hüseyn Cəfərov də namizəd kimi istədiklərini edirlər. Hacı Əliyevin bələdiyyə işçisi olan qardaşı oğlu Şahin, rayon vergisində rəis müavini postunu tutan bacanağı Fərhad müəllimin qızı Pərvin də seçki qalibi olacaqlarını indidən bilirlər.
Uzun illərdir Səbail rayon Bələdiyyəsinin sədri olan Haci Əliyev də nəvəsi Nurel Kərimin namizədliyini Səbail rayonu Badamdar qəsəbəsindən irəli sürüb. Onu da qeyd edək Hacı Əliyev uzun illər Səbail rayon bələdiyyəsinin sədridir və qeydiyyatı da sədr olduğu rayona aid deyil.
Ümid edirik, Hacı Əliyev və Təzəxan Məmmədovun Səbail rayonunda özbaşınalıqları bu il sona yetəcək.
Məqaləmizi ölkə başçısının məmurlar haqqında söylədiyi fikirlərlə tamamlagı özümüzə borc bilirik. Ümid edirik Hacı Əliyev və Təzəxan Məmmədov cənab prezidentin bu fikirləri ilə yenidən tanış olar.
Sitat :
“Bəzi hallarda bəzi xırda səviyyəli məmurlar özlərini elə aparırlar ki, sanki bütün dünya bunlara borcludur. Özlərini ağa kimi, xan kimi aparırlar, insanlara yuxarıdan aşağı baxırlar. Mən dəfələrlə demişəm ki, Prezident başda olmaqla, bütün dövlət məmurları xalqın xidmətçisidir. Məhz buna görə biz bu vəzifədəyik. Buna görə xalq mənə etibar edib və mən təyin etdiyim bütün kadrlardan bunu tələb edirəm. Ancaq əfsuslar olsun ki, bir çox hallarda, bəzi hallarda yox, bir çox hallarda dövlət məmurları özlərini apara bilmirlər. Onlar hesab edirlər ki, onlara hansısa xüsusi imtiyaz verilib. Onlar qanunları pozurlar, bəzi hallarda çox ciddi pozurlar. Cəmiyyətimizdə formalaşmış ənənəvi davranış qaydalarını pozurlar. Özünü xalqdan yuxarıda hiss edirlər, təkəbbürlə yanaşırlar. Ona görə belə hallar mənə məruzə ediləndə dərhal müvafiq göstərişlər verilir və bu insanlar ya inzibati qaydada cəzalandırılır, ya da ki, cinayət məsuliyyətinə cəlb edilir. Ona görə rəhbərin təvazökarlığı rəhbərin yaraşığıdır, bu birincisi. İkincisi, rəhbərin mənəvi haqqı olmalıdır ki, öz tabeliyində olan insanlardan nəyisə tələb etsin. Əgər bu mənəvi haqq yoxdursa, nə istəyirsiniz deyin, nə istəyirsiniz edin, sizə nə hörmət, nə də ki, rəğbət olacaq”.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq:
Mövzunu davam etdirəcəyik .
Yenigundem.az