Bələdiyyə üzvlüyünə namizədin növbəti görüşü baş tutdu – FOTO + VİDEObackend

Bildiyimiz kimi 29 yanvar respublikamızda Bələdiyyə seçkiləri günüdür. Namizədliyi qeydə alınmış Hüseyn Əhmədlinin Səbail rayon Badamdar qəsəbəsində seçicilərlə növbəti görüşü baş tutub. Qəsəbə sakinləri və rayonun tanınmış ziyalılarının iştirakı ilə keçən görüşdə namizəd çıxış edib, platformasını təqdim edib, görüş iştirakçılarının suallarını cavablandırıb. Səmimi və yaddaqalan görüşdə Hüseyn Əhmədli seçicilərin etimadını doğrultmagı söz verdi. Qeyd edək ki , Hüseyn Əhmədlinin bugünə qədər seçicilərlə bir neçə gorusu baş tutub.