Azərbaycanın Qarabağ iqtisadi rayonunun 5 000-ə yaxın erməni sakini Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi əraziyə gəlib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, Rusiya sülhməramlı kontingenti Qarabağ ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir. Bakı və İrəvanla davamlı qarşılıqlı əlaqə saxlanılır.
Sentyabrın 19-20-də Azərbaycan Ordusunun həyata keçirdiyi lokal antiterror tədbirləri zamanı erməni əhalinin bir hissəsinin Ağdərə, Xocavənd və Əsgəran ərazisini tərk etdiyi bildirilib./Oxu.az