“Beş oğlum olacaqdı, futbol komandası kimi…” – Brilliantdan etirafbackend

“Mən çox cəhd etdim ki, bir neçə uşağımız olsun. Olmadı. Daha doğrusu, mənim 3-4 uşağım dörd-beş aylıq olanda düşüb, ana ola bilməmişəm. Gəlmişik rayondan cəbhə bölgəsinə, oradan da birbaşa xəstəxanaya, uşaq artıq yoxdur. Demişəm ki, gələn dəfə heç yerə getməyəcəyəm, bu uşağı qorumaq lazımdır, amma yenə çağırıblar”.

“Yeni Gundem” xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova “AStar” yutub verilişində deyib.

“Deyiblər ki, filan cəbhə bölgəsində sorğu apardıq, sizi görmək, sizin ifanızda “Bayatılar” mahnısını eşitmək istəyirlər, ola bilər ki, bir aydan sonra onlar həyatda olmasınlar. Getməsəydim, özümü bağışlaya bilməzdim. Gedirdim, qarnımı bağlayırdım ki, görünməsin və yenə uşaq getdi. Hamısı da 4 oğlan. İndi mənim 5 oğlum olacaqdı, futbol komandası kimi…Amma olmadı”, – deyə Xalq artisti bildirib.