Bəşər Əsəd bu ölkəyə qaçdıbackend

Suriyanın siyasi və ictimai xadimi Ömər Rəhmon Prezident Bəşər Əsədin İrana qaçması xəbərini təkzib edərək Dəməşqdə olduğunu bildirib. “Cebheinfo.az”-ın məlumatına görə, bu barədə Rəhmon “X” sosial şəbəkəsində yazıb:

“Prezident Bəşər Əsəd Dəməşqdədir və ölkəni böyük qələbəyə aparır. Prezidentin İrana səfəri ilə bağlı xəbər və şayiələr həqiqətə uyğun deyil.”

“İRNA” agentliyi İordaniyadakı mənbələrə istinad edərək ABŞ mediasının iddialarını təkzib edərək, bu ölkənin rəsmilərinin Bəşər Əsədə Suriyanı tərk etmək üçün heç bir tövsiyə vermədiyini qeyd edib.

Bunu iordaniyalı mənbə deyib:

 

“Əmman Suriyadakı vəziyyəti izləyir və ölkənin ərazi bütövlüyü və vətəndaşlarının sağlamlığının vacibliyini vurğulayır”.