BƏŞƏRİYYƏTİN ƏN BÖYÜK SİRRİ :BACKSTER TƏSİRİ BİTKİLƏR ƏN ETİBARLI ŞAHİDDİR !backend

1966-cı ildə, Amerikanın tanınmış yalan detektoru mütəxəssisi Kleve Backster, təhlükəsizlik işçilərinə poliqraf cihazından istifadə təlimi keçdiyi məktəbdə yuxusuz gecələrin birində sadəcə əyləncə məqsədi ilə yalan detektorunun elektrodlarını böyük yarpaqlı tropik bitkisinin üzərinə yerləşdirdi. Yalan detektoru qorxu, sevinc, təəccüb kimi müxtəlif hisslərin elektrik dəyişikliklərini ölçdüyünə görə, bəlkə də bitki su veriləndə sevinir deyə zarafatla gülümsədi.

Bitkini suladığında galvanometr ziqzaq xəttlər çəkərək aşağı doğru enməyə başladı. Halbuki o, yuxarıya doğru bir hərəkət gözləyirdi. Yarpağını isti qəhvəyə saldığında da gözlədiyi reaksiyanı görmədi. Nəhayət, kibriti götürüb bitkini yandırmağı düşündüyündə hər şey dəyişdi. Bitki, çılğın şəkildə galvanometrin iynəsini tavana qaldırdı.  Backster buna inana bilmədi. “Necə yəni?” deyə öz-özünə düşündü, “Bitki düşüncələrimi oxudu?”

İnsanlıq tarixi qarşısında yeni bir dünya açılırdı artıq. Təcrübələr bir-birini izləməyə başladı. Məlum oldu ki, bitkilər təkcə düşüncələri oxumaqla qalmır, həm də ətraflarında baş verən hər şeyi hiss edirlər. Qaynayan suya atılan karideslərin ölümünü, əlinizə iynə batanda duyulan ağrını da hiss edirdilər. Hətta kilometrlərlə uzaqda baş verən sevinci və kədəri belə hiss edirdilər. Hətta qorxudan huşunu belə itirirdilər.

Bir gün şəhərdən kənardan gələn bir botanika mütəxəssisi qadın içəri girdiyində bütün bitkilər “dondular”. Heç bir reaksiya vermirdilər. Sanki hamısı birdən “susmuşdular”. Ta ki, həmin qadın hava limanından təyyarəyə minib getdikdən 45 dəqiqə sonra yenidən reaksiya verməyə başladılar. Qadın botanika mütəxəssisinin bitkiləri qurutduğu və ölçümlər apardığını öyrəndiyi zaman Baksster anladı ki, qadını görəndə bitkilər qorxudan huşunu itiriblər.

Backster təcrübə dizayn etdi. Altı köməkçisinə eyni gecə, eyni saatlarda fərqli tapşırıqlar verdi. Tapşırıqlardan biri gecə yarısı laboratoriyadakı bitkilərdən birini çıxarıb məhv etmək idi. Ertəsi gün həmin gecə bitkini məhv edən köməkçi içəri girdiyində bütün bitkilər çılğıncasına “qışqırmağa” başladı – Baksster galvanometrin iynələrinin tavana qalxmasını belə adlandırırdı.

Bu təcrübədən məlum oldu ki, bitkilər təkcə hiss etmir, həm də yaddaşa malikdirlər. Və Amerikada bəzi hüquqi işlərdə bitkilərin şahidliyindən istifadə edilməyə başlandı. Bitkilər heç vaxt yanlış nəticə vermirdilər, çünki yalan nədir bilmirdilər.

Bu işlər məqalə olaraq yayımlanmağa başlayanda, dünyanın dörd bir yanından alimlər bu mövzuda araşdırmalara başladılar. Nəticələr inanılmazdır.

Qoparılmış bir yarpaq, ona gözəl sözlər deyildiyi halda normal yarpaqdan aylarla daha uzun müddət canlı qala bilir. 120 kilometr məsafədəki bir ağrını, sevinci hiss edə bilir. İnsanların düşüncələrini oxuya bilir, pislik edənləri yaddaşına qeyd edir. Həmçinin bu məlumatları digər bitkilərlə də paylaşır. Ona pis davranılan bitki kədərindən “intihar” belə edir. Yanında olan bitkinin susuz qaldığını hiss etdiyində öz suyunu onunla paylaşır.

Bitkilər, bütün canlılarla ünsiyyət qurma mövzusunda bizim təsəvvürümüzü aşan bir həssaslığa malikdir. Hər biri təbiətin bir parçasıdır. Ola bilsin, bir gün onları daha yaxşı anlamaq imkanımız olarsa, bizə tarixdə baş vermiş bütün hadisələri belə danışa bilərlər.

Avatar filminin ilham mənbəyi də bu araşdırmalar və əldə edilən nəticələrdir.

Mənbə: Christopher Bird and Peter Tompkins “The Secret Life of Plants” 1973.

Yenigundem.az

Aynur Abdullayeva