Türkiyənin “Beşiktaş” klubu sabiq futbolçusu Vensan Abubakarı yenidən heyətinə qatır.
“Yeni Gündəm” xəbər verir ki, 28 yaşlı hücumçu “qartallar”la müqavilə bağlamaq üçün artıq Türkiyədədir.
Qanalı forvard tibbi müayinədən keçdikdən sonra 1+1 illik sözləşməyə qol çəkəcək.
Qeyd edək ki, Vensan Abubakar müqavilə üzrə məxsus olduğu Portuqaliya “Portu”su ilə sözləşməsini ləğv edəcək. O, “Beşiktaş”da 2016/2017 mövsümündə də oynayıb. //Report.az