8 fevral 2021-ci il tarixdə Ukrayna Qarapapaq Türkləri Milli Şurası (UQTMŞ) Azərbaycan bəstəkarı və şairəsi Kəmalə Qasımovanı “Şərəf” ordeni ilə təltif edib.
Bu barədə mətbuata Ukrayna Qarapapaq Türkləri Milli Şurası (UQTMŞ) Mətbuat Xidmətindən bildirib.
Məlumatda deyilir: 8 fevral 2021-ci il tarixdə Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) Sədri Daşqın Gülməmmədov Qasımova kəmalə Azad qızının “Şərəf” ordeni ilə təltif edilməsi barədə əmr imzalayıb.
Azərbaycan bəstakarı Kəmalə Qasımova 1973 cü il 8 fevralda Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib. 1980 cı ildə Bakı şəhəri 23 saylı MşS.Puşkin adına rRus təmailli orta məktəbdə oxuyarkən eyni zamanda Bakı şəhəri 16 saylı 7 illik musiqi məktəbində fortepiano sinifində təhsil alıb. 1997 ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetini bitirib. Həkim kardioloq daha sonra isə 2009-2011 illərdə Azərbaycan Təhsil Nazirliyində ekonomist olaraq çalışıb. Hələ uşaq vaxtlarından poeziyaya böyük sevgisi olub. Uşaq yaşlarından şer yazmağa başlayıb. 1993 cü ildən etibarən aktiv olaraq professional incəsənətlə məşğul olub. ,, Sənsiz bir günüm olmasın,, ,, Ömrüm-günüm,, ,, Ayrılıq,, şerlərinin ilk bəstəkarı Cavanşir Quliyev, ifaçısı isə Aygün Kazımovadır. Ondan sonra bəstəkar Eldar Mansurovla ilə birlikdə və silsilə mahnılardan ibarət bir albom buraxılıb.
Kəmalə Qasımova bəstəkarlıq fəaliyyətinə isə 1995 ci ildən başlayıb. İlk bəstələrinin ifaçıları İlhamə Quliyeva, Mirzə Babayev və Nisə Qasımova kimi korifey sənətkarlar olmub. Kəmalə Qasımovanın söz və mahnı bəstələri demək olar ki, Azərbaycanın bir çox tanınmış müğənniləri ifa ediblər. 2011 ci ildə ATV kanalında yayınlanan ,,Həkimlər,, serialının həm ssenari müəllifi, həm də bəstəkarı K.Qasımovadır. 2018 ci ildə isə Xəzər TV də nümayiş olunan ,, Lal yuxu,, adlı serialın ssenari müəllifidir.
Kəmalə Qasımovanın bəstələdiyi mahnıların ifaçıları məşhur Azərbaycan müğənniləridir. Mirzə Babayev, İlhamə Quliyeva, Flora Kərimova, Nisə Qasımova, Firuzə İbadova, Rühəngiz Allahverdiyeva, Sevda Əli qızı, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Faiq Ağayev, Lalə Məmmədova, Samir Bağırov, Samirə Allahverdiyeva, Abbas Bağırov, Zamiq Hüseynov, Vüsələ Askərova, Sevda Sanaliyeva, Natavan Həbibi, Elnur Məmmədov, Nurlan Əzizbəyli, Kərim Abbasov.
Hazırda Kəmalə Qasımova Türkiyədə fəaliyyət göstərirəm. Son illər Türk sənətçiləri ilə də çalışır. K.Qasımovanın bəstələdiyi Mustafa Cecelinin ifa etdiyi ,,Gül dünyam,,, , Petek Dinçözün ifa etdiyi “Kabusun olurum” adlı mahnılarım böyük rəğbət qazanıb. Türkiyədə bəstakar xanım Yeni proektlər üzərində işləyir. Rus dilində ,,Древо любви,, adlı poemasını artıq bitirmək üzərdir.