Xəbər verdiyimiz kimi, azərbaycanlı müğənni-aktrisa Firəngiz Rəhimbəyova dünən 62 yaşında dünyasını dəyişib.
“Yeni Gündəm” xəbər verir ki, müğənni avqustun 7-də 62-ci yaşını qeyd edib. O, feysbuk səhifəsində doğum günündən foto paylaşaraq bu sözləri yazıb:
“Mənə gözəl ad günü arzuları göndərmək üçün vaxt ayıran hər kəsə səmimi təşəkkürümü bildirmək istəyirəm. Həyatımda hamınızın olduğu üçün çox xoşbəxtəm”.
Qeyd edək ki, bir sıra filmlərdə aktrisa kimi özünü sınayan Firəngiz Rəhimbəyovaya ən böyük uğuru “Bəxt üzüyü” filmindəki Seda rolu gətirib.