Beyləqan rayon Kəbirli kəndində 15.09.2023 – 15.12.2023-cü il tarixləri aralığında icra olunan “Müqəddəs amal” adlı layihənin tədbirləri uğurla yekunlaşıb.
“Yeni Gundem” xəbər verir ki, layihə çərçivəsində Kəbirli kəndində yerləşən məktəblərin şagirdləri bir sıra fəaliyyətlərə cəlb ediliblər. Hər bir tədbirdən əvvəl şəhidlərimizin əziz xatirəsi anılıb və layihə haqqında məlumat verilib.
Seminar və intellektual yarışmalardan ibarət olan tədbirlərdə əsas məqsəd müqəddəs amal, vətənpərvərlik, dövlətçilik ənənələrimizi şagirdlərə aşılamaq idi. Layihə çərçivəsində 3 intellektual yarışma, 2 seminar keçirilib.
Şagirdlərə köynəklər və yardımçı materiallar paylanıb.
Qeyd edək ki, “Müqəddəs amal” layihəsi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi”çərçivəsində qalib olmuş Bəxtiyar Məmmədov tərəfindən icra olunur.