Beyləqanda “Əmlak qoçuları” peyda olub – ÖZBAŞINALIQ!backend

Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Beyləqan rayon Şöbəsinin əməkdaşları sahibkara məxsus obyektin tikintisini sökərkən hündürlükdən yıxılaraq xəsarət alıb. Hadisə şahidləri vəzifəli şəxsin tikintini sökərkən yündürlükdən yıxılaraq ayağının sındığını deyirlər.
Qeyd edək ki, Dövlət Əmək Xidməti (DƏX) hər hansı bir qanunsuz aparılan tikinti işlərinin dayandırılmasını tələb edə, zərurət yarandıqda sökülməsi və sair qanuna uyğun hərəkətlərin aparılması istiqamətində səlahiyyətli qurumlara rəsmi müraciət edə bilər.
Qanunsuz inşa olunan obyektlərin sökülməsi yalnız məhkəmənin qərarı əsasında həyata keçirilir. Xidmətin əməkdaşlarının özləri məhkəmə qərarı olmadan söküntü işlərini apara bilməz. Aparılması qadağan edilir. Bunun üçün aidiyyəti səlahiyyətli qurumlar var.
Sahibkar iddia edir ki, Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin bəzi əməkdaşları vəzifələrindən sui-istifadə etməklə, səlahiyyətlərinə aidiyyəti olmayan söküntü işlərinə də burunlarını soxurlar. Məhz onlar bir neçə gün öncə sahibkarın tikintisini özləri inşa olunan hörgünün üzərinə çıxaraq əlləri ilə sökməyə başlayıb. Bu zaman əməkdaşlardan biri hündürlükdən yıxılaraq qılçası sınıb.
Onu da qeyd edim ki, obyekti uçurulan sahibkar Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin əməkdaşlarının qanunsuz hərəkətlərinə hüquqi qiymət verilməsi üçün Beyləqan rayon prokurorluğuna ərizə ilə müraciət edib.
Yazıda adıçəkilən şəxslərin və qurumların mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
RealMedia.az