Beynəlxalq Qızıl Xaç Komitəsi Laçın yolunda fəaliyyətini dayandırdıbackend

Beynəlxalq Qızıl Xaç Komitəsi Laçın yolunda fəaliyyətini dayandırıb.

“Yeni Gundem” Konkret.az-a istinadən xəbər verir ki, bu barədə BQXK-nın Ermənistandakı nümayəndə heyətinin kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni bildirib.

O bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) özü Laçın yolu ilə humanitar fəaliyyətini dayandırıb,

Amatuninin sözlərinə görə, bəzi prosessual məsələlərin aydınlaşdırılmasına ehtiyac var. O, prosesin tezliklə yenidən başlayacağına ümid edir.

“Hazırda prosedurların aydınlaşdırılması və fəaliyyətimizi bərpa etmək üçün qərar qəbul edən strukturlarla dialoq aparılır”, – Amatuni deyib.

Qeyd olunur ki, Beynəlxalq Qızıl Xaç Komitəsi aprelin 29-dan sonra xəstələri daşımayıb, dərmanların tədarükü də dayandırılıb.