Bəzi dövlət qurumlarının keçirdikləri tenderlərin qalibi olan şirkət cərimələnə bilərbackend

“Epsilon” MMC-yə inzibati protokol yazılıb.

“Yeni Gundem”-in xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 469.3-cü (“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

İş Binəqədi Rayon Məhkəməsinin hakimi Aynurə Sadıqovanın icraatındadır.

Qeyd: MMC bəzi dövlət qurumlarının keçirdikləri tenderlərin qalibi olub.