Biləcəridə kanalizasiya suyu evləri basdı — VİDEObackend

Yağış yağan kimi paytaxtın mərkəzdən kənar əraziləri adəti üzrə diqqətdən kənar qalır.

Demokrat.az-a daxil olan növbəti şikayət Biləcəri qəsəbəsi, Mədən 1, Korpus 8 ünvanındandır.

Görüntülərdən də aydın olur ki, güclü yağış nəticəsində evin həyətini kanalizasiya suyu basıb.

Ev sahibinin dediyinə görə, hər dəfə yağış yağanda küçədə kanalizasiyanın daşması nəticəsində çirkab suları həyətə dolur.

Şikayətçi onu da bildirir ki, mərkəzi xətt yoxlanılmalı və təmizlənməlidir.

Evdən həyətə bir addım belə atmaq mümkün deyil, ailə üzvləri işə, məktəbə gedə bilmirlər.

Əlacları olsaydı, necə deyərlər, yağışın ucundan tutub, göyə çıxardılar.