Biləsuvarda “İnnovasiya festivalı və Toxum Satış Yarmarkası” keçirilibbackend

Biləsuvar rayonunda “İnnovasiya festivalı və Toxum Satış Yarmarkası” keçirilib.

“Yeni Gundem”-in məlumatına görə, açılış tədbirində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Biləsuvar, Neftçala, Cəlilabad, Masallı, Lerik, Yardımlı, Lənkəran, Astara rayonlarının DAİM rəhbərləri və fermerlər, dövlət və özəl toxumçular, ictimaiyyətin nümayəndələri və rayon sakinləri iştirak edib.

Çıxış edənlər yarmarkanın əhəmiyyəti barədə danışıblar. Bildirilib ki, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin keçirdiyi yarmarka kənd təsərrüfatı təyinatlı innovativ məhsul və texnologiyaların fermerlər üçün əlçatanlığının təmin edilməsi məqsədilə təşkil olunub.

Sonra aqrar sahədəki innovativ məhsul, avadanlıq və texnologiyalar nümayiş etdirilib, kənd təsərrüfatı təyinatlı texnikalar, müasir suvarma metod və texnologiyaları, gübrə, pestisid nümunələri və aqrar sahəyə məxsus digər məhsullar sərgilənib.

Tədbirdə fermerləri maraqlandıran suallar cavablandırılıb, müvafiq məsləhət və tövsiyələr verilib.image-foto1image-foto2image-foto3image-foto4